1 ... 14 15 16 17 18 19 20 21 ... 77

Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol - səhifə 18

səhifə18/77
tarix13.11.2017
ölçüsü2.64 Kb.

55


Özündən  başqa  heç  bir  növlə  birləşmək  imkanı  olmayan  bə-
sit birnövlü ən böyük parlaq nur şəklində təzahür edir, yəni çoxlu 
öz-özü ilə birləşir. Digər bir-biri ilə birləşən birnövlülər isə daxili 
tələbatlarından doğan ilk iki və ya daha çoxcinsliliyi yaradırlar. 
Ən böyük parlaq nur ən böyük nüfuz edən, təhrik edən və dərk 
edəndir. Çünki o bütün çoxcinslilərə nüfuz edib, onların halını ya-
şayıb, ən müxtəlif səbəblər toplusunu ardıcıl təhriklə maddi aləmin 
təkamül prosesini və tarazlığını nizamlayır. Ən böyük parlaq nur 
bütün mövcud maddi aləmin halını yaşayır. 
Yəni  bizi  əhatə  edən  maddi  aləm  ayrı-ayrı  mövcudluqlardan 
ibarətdir  ki,  bu  mövcudluqların  ayrılıqda  halını  yaşayan  ruhlar 
əslində ən böyük parlaq ruhun öz xırda bölükləridir və ən böyük 
parlaq ruh bütövlükdə götürdükdə maddi aləmin ruhudur və onun 
halını yaşayır. 
Özündən başqa birləşmək imkanı olmayan bəsit birnövlü ruhun 
mayası,  bizim  maddi  aləmə  nüfuz  edəndə  o,  mövcud  varlıqların 
halını yaşayır, həm də halı bu vasitəsilə mövcud varlığın mövcud-
luğunun qorunub saxlanılmasına imkanı daxilində xidmət edir. La-
kin onlar ən böyük parlaq ruhun – ən ali varlığın, yaradıcı böyük 
səbəblərin qarşısını almaqda acizdirlər. Kiçik ruhlar yalnız kiçik 
səbəblər  yarada  bilərlər.  Ən  böyük  parlaq  ruh  həyatın  nizamına 
istiqamət  vermək  və  hər  bir  müəyyən  imkana  malik  varlığın  öz 
həyatını  müəyyən  qədər  öz  istədiyi  kimi  qurması  üçün  özü  belə 
istəmişdir. 
Mövcudluq  ikidir  həyatda:  sahələrə  bölünməyən  mövcudluq, 
yəni öz-özü ilə birləşib parlaq nur şəklində təcəssüm olunan müt-
ləq ali ruh və bir də sahələrə bölünən mövcudluq, yəni bizi əhatə 
edən yekcins olmayan aləm, əgər onların üzərindən parlaq nurun 
və ruhların nüfuzu götürülsə, onda qatı zülmətlə müşahidə olunar. 
Ruhlar ona görə bizim halımıza təsir edə bilir ki, halımız bizdən 
ən müxtəlif səbəblər nəticəsində hər an ayrılan, bir-birilə birləşmək 
imkanı  olan  birnövlü  bəsitliklərdəndir  və  ruhumuzla  oxşar  hala 
malikdir, yəni bizim materiya qanunlarına tabe deyil, ruhumuz bu 
hal vasitəsilə bizə dolayısı təsir edir. Biz ona görə hər an itirdiyimiz 

56


halımızla sona çatmırıq ki, həm də hər an ən müxtəlif halları qəbul 
edirik. Əslində hallar mövcudluqlardan bir-birinə sirayət edə bilir. 
Halın ən ali varlıqdan sonra yeganə qoruyucusu ruhdur. 
Ruhun bədəndə tutumu bəzən o həddə gəlib çatır ki, o özünü 
ona aid olan qanunauyğunluğa görə eyni vaxtda müxtəlif yerlər-
də təzahür etdirə bilir. Bu ruhun hədsiz qüvvətliliyinin nəticəsidir. 
Lakin insan bədəni müəyyən quruluşa və imkanlara malik olduğu 
üçün kainata da öz imkanları daxilində nüfuz edə bilər. 
Bizim  üçün  kainatın  sirlərinin  açılması  insanların  bilik  sə-
viyyəsinin son həddi ilə məhdudlaşır. İnsan Yer kürəsində bizim 
duyduğumuz ən ali varlıq olsa da onun imkanları müəyyən hədlə 
məhdudlaşır. Həm də ən təəssüf ediləsi budur ki, insan öz imkanla-
rından çox az istifadə edir. Çox vaxt isə bəşəriyyətin uzun illərdən 
bəri topladığı həyat təcrübəsindən yalnız öz maddi mövcudluğu-
nun rahatlığını yaratmaq üçün istifadə edir. Öz maddi rahatlığını 
yaratmaq zəruri olsa da, insan ölümdən sonrakı həyat haqqında da 
gərək düşünsün. Sənin maddi rahatlığın yalnız maddi aləmdə möv-
cud olduğun müddət üçündür. Sənin zəhmətlə əldə etdiklərindən 
yaranan rahatlığın, bir də ədalətliliyindən yaranan könül rahatlığın 
ölümdən sonrakı həyatına məxsusdur. Belə bir prinsiplə çalışanlar 
ən ali varlığı dərk edənlərdir. Ən ali varlığın dərkini öz qəlbində 
yaşadanlar isə həyatın bütün sınaqlarından saf çıxanlardır. Çünki 
ən ali varlıq həmişə öz dərkini yaşadanların qeydinə qalır. Öz zəh-
məti ilə çalışanlar və ədalət prinsipinə riayət edənlər həm də könül 
rahatlığı tapırlar. Ən gözəl yaşayış isə könül rahatlığıdır. 
Ey insan, həyatın sərt dolaylarında öz könül rahatlığını qoru. 
Qəlbində ən ali varlığın dərkini yaşatmaqla onun ən böyük müka-
fatına ümid et. Həyatın nizamını dərk etməyə çalışan insan birinci 
növbədə özü-özünü dərk etməli və bilməlidir ki, o nədən yaranıb, 
hansı imkanlara malikdir, sonu nə olacaq. Özünü dərk etmədən hə-
yatı və ən ali varlığı dərk etmək olmaz. 
Bizə məlumdur ki, mövcudluqlar iki qrupa bölünürlər: özündən 
başqa birləşmək imkanı olmayan birnövlü bəsitlik və bir də bir-biri 
ilə birləşə bilib yekcins olmayan maddilik əmələ gətirən müxtəlif 

57


birnövlü bəsitliklər. İnsan hər iki qrup mövcudluğunun məhsulu-
dur, o, bədən və ruhdan ibarətdir. İnsan bədəni yekcins olmayan 
birnövlü  bir-biri  ilə  birləşmək  imkanı  olan  bəsitliklərdən  təşkil 
olunmuşdur. 
Bir-biri ilə birləşmək imkanı olan bəsitliklərin daxili tələbatla-
rında  bir-birinə  meyil  olduğu  üçün  birləşməyə  can  atmaları  mə-
lumdur. Birləşmə nəticəsində əldə olunan rahatlıq onların istəyinin 
ödənməsidir. Ən müxtəlif şəkildə ilkin birləşmələr, daha yeni ən 
müxtəlif şəkildə tələbatlar doğurur ki, hər bir mövcudluğun labüd-
lüyündə tapılan rahatlıq, bu mövcudluğun ilkin birləşmədən yara-
nan təkamülünün nəticəsidir və hər bir mövcudluq yaşadığı an da 
daxil olmaqla təkamül prosesi keçirir. 
Deməli, hər bir mövcudluğun hər an üçün öz daxili tələbatı var. 
İnsan da beləcə, insanlar quruluşca bir-birlərinə oxşadıqları üçün 
onların ümumi daxili tələbatları eynidir, lakin onların xarakterlə-
rində haradasa bir xüsusilik olduğu üçün, yəni bir biri ilə birləş-
mək imkanı olan birnövlü bəsitliklərin hansı səviyyələrdəsə insan 
xarakterlərində, hər bir fərd arasında müəyyən nisbilikləri hər bir 
şəxsin müəyyən sahədə daxili istəyinin artıq və ya əskik olmasına 
təsir edir. 
İnsan və ya hər hansı bir varlıq öz mövcudluğunu qoruduqca 
həm xarici təsirlərə müqavimət göstərir, həm də öz daxili tələba-
tının istəklərini yerinə yetirməyə çalışır. Bundan da insanda və ya 
hər hansı bir mövcudluqda ümumi bir hal yaranır. Özündən başqa 
heç bir bəsit birnövlülərlə birləşmək imkanı olmayan ruhun mayası 
isə yeni formalaşan hər hansı bir mövcudluğa nüfuz edir və nüfuze-
diləndən bir vasitə kimi istifadə, onun hər an üçün ümumi halının 
yaşanması, nüfuz edilənin mövcudluğunun qorunması üçün çalış-
maq  deməkdir.  Ruh  həm  də  varlığın  mövcudluğunun  qorunması 
üçün ümumi halın normal rahatlığına çalışır. 
Ümumiyyətlə, ruhsuz heç bir varlığın həzz və iztirabları duyul-
mur. Ruh varlığı duyğusal yaşadır. Ruhun böyüklüyü və kiçikliyi 
isə həzz və iztirabların hansı səviyyədə yaşanmasına təsirlidir. Ruh 
bədəndən örtük kimi istifadə edib onu öz vasitəsinə çevirir. Bədən-

:

Kitab -> 2017
2017 -> []
2017 -> Dövlətin intuitiv təfəkkürlə idarə olunması
2017 -> İnsan və təbiət silsiləsindən
2017 -> Mehdi Calal


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


bayrakli-okuyor.html

bayram-hsrtnd---a-n-a-r.html

bayram-namazi---sahih.html

bayraml-zkulla-niftulla.html

bayramov--x---azyarbajan.html