1 ... 20 21 22 23 24 25 26 27 ... 77

Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol - səhifə 24

səhifə24/77
tarix13.11.2017
ölçüsü2.64 Kb.

73


çox bağlıdır. Hər bir şəxs də fərd şəklimdə bəşəriyyətin ayrıca bir 
üzvi olduğundan öz düşüncə və əməllərini məqsədyönlü istiqamət-
ləndirməlidir.  Öz  daxili  imkanlarını  öz  səyinlə  daha  da  inkişaf 
etdir, yalnız bu zaman öz xalqına və bəşəriyyətə daha da xidmət 
etmiş  olarsan.  Əldə  etdiyi  həyat  təcrübələrindən  müəyyən  ağıla 
malik olan insan öz ağılını daha yaxşı və xoş niyyətlərə istiqamət-
ləndirməklə öz gələcək rahatlığını təmin etmiş olar. 
İnsan təfəkkürü daimi təkmilləşməyə ehtiyacı olan bir yaşantı-
dır. Əgər insan öz təfəkkürünü hər gün formalaşdırmağa çalışma-
sa, passiv bir eqaistə çevrilər. Eqoizmdən – özü-özünü sevməkdən 
böyük bəla yoxdur. Eqoist şəxsləri nə xalqının, nə də bəşəriyyətin 
gələcəyi  düşündürməz.  Eqoistlər  öz  passiv  təfəkkürünün  solğun 
işığında ziya axtaranlardır. Ən ali varlıq isə öz-özünü sevənləri heç 
vaxt sevməz. İnsan öz taleyini həm yaradan, həm də yaşayandır. 
Öz təfəkkürünü hər gün formalaşdırmağa səy etməyənlərin sonu 
rahatsızlıqla bitər. İnsan bir növ öz taleyinin yaradıcısı olduğun-
dan, əldə edə bilmədiyi xoşbəxt həyat tərzinin təəssüf dolu sonrakı 
peşmançılığının  da  günahını  özündə  axtarmalıdır.  Həm  də  insan 
ölümdən sonrakı həyatının qismətlərini də öz indiki həyat tərzində 
görməlidir. Ən ali varlığın insana müəyyən yol seçməkdə verdiyi 
sərbəstlik bir növ həm də onun üçün sınaqdır. 
Hər hansı bir təzahür o an üçün varlıqdır. Lakin hər hansı bir 
məzmunu yerinə yetirən varlıq doğulur, yaşayır və ölür. Materiya-
nın doğumu onun ölümündən törəyir, yəni mütləq sükunət ölüm-
dür. İlk başlanğıc mütləq sükunətdən törəyir və doğum ölümə doğ-
ru gedən prosesdir. Doğum həm də yaşanan həyatdır. Həyat – hər 
hansı bir varlığın doğumla ölüm arasındakı sərhədidir. Hər hansı 
bir varlığın məzmunu da elə bu dövrün məhsuludur. Müxtəlif qu-
ruluşa malik varlıqlar müəyyən əhatə dairəsinə malik olan müxtəlif 
məzmunları yerinə yetirirlər. Məzmun – hər hansı bir mahiyyətdən 
yaranan şeydir. Lakin burada qarşıya iki məsələ çıxır. Birincisi, ru-
hun mayası nə doğulmur, nə də ölmür. Bəs bu nə cür həyatdır?.. 
Qeyd olunmalıdır ki, doğumla ölüm eyni mahiyyətə malik olan-
da, yəni məzmun bir olanda onlar üst-üstə düşürlər və əbədi həyata 

74


malik olurlar. Bu yalnız bizi əhatə edən maddi aləmdən kənarda. 
yəni heç bir xarici və daxili təsirlərə məruz qalmayan bəsit birnöv-
lülərin varlığı mövcud olan şəraitdə mümkündür. Əslində bu var-
lıqla yoxluğun qovuşduğu yerdir. İnsanlar belə bir həyata düşmək 
üçün işıq sürətindən böyük sürətlərlə bizi əhatə edən maddi aləmin 
sərhədlərini keçib ora düşə bilərlər, ancaq belə mümkün deyil. İşıq 
sürətindən böyük sürətlərdə bizi əhatə edən maddiliklər hamısı yal-
nız bir növdən ibarət olan bəsitliyə parçalanır. 
Deməli, orada bizim maddiliklə bağlı olan bütün cisimlər par-
çalanıb dağılar. Onda nə etməli? Belə bir halın yeganə yolu var: 
ya yalnız özündən başqa heç bir mövcudluqla birləşməyən bəsit-
likdən, yəni ruhdan, ya da bir-biri ilə birləşə bilən, lakin bizim is-
tifadəmizə yararlı olmaq üçün yalnız özü-özü ilə birləşib bir növ 
bəsitlikdən ibarət olan mövcudluqdan bir örtük kimi istifadə edib, 
o mühitə düşmək olar. 
Bu şərait üçün düzələn cihazları da yalnız belə bircinsli bəsitlik-
lərdən istifadə etməklə əldə etmək olar. 
İkincisi, bizi əhatə edən maddi aləmdəki hər hansı bir yekcins 
olmayan mövcudluq müvəqqəti həyata malik olduğu və ruh da hə-
min mövcudluqlardan bir vasitə kimi istifadə etdiyi üçün yenə də 
qarşıya iki məsələ çıxır. Birincisi, ruh üçün ən yaxşı vasitə kimi 
istifadə olunmaq; ikincisi ruh üçün bir vasitə kimi daha uzun müd-
dətə istifadə olunmaq. Birinci hal üçün daha mükəmməl quruluşa 
malik olmaq lazımdır. Lakin mükəmməl quruluşa malik olmaq heç 
də ikinci şərti, yəni uzun müddətli istifadə olunmaq şərtini. Ancaq 
ruh üçün həm mükəmməl quruluşa malik olmaq, həm də öz möv-
cudluğunu daha uzun müddətə qorumaq variantı sərfəlidir. Çünki 
belə olan təqdirdə çoxlu sayda daha gözəl məzmun yaratmaq olar. 
Bədənin fiziki quruluşundan da çox şey asılıdır. Bədənin fiziki qu-
ruluşu  insanın  müəyyən  xarakter  göstəricisi  olmaqla  yanaşı,  hər 
hansı bir qüsuru isə müəyyən hərəkət məhdudluğu deməkdir. Qü-
surlu bədənin ümumi halı da qüsurlu formada olur. Bədən müxtəlif 
birnövlü bəsitliklərdən təşkil olunduğundan, bu bəsitliklərin başqa 
ona oxşar bədəni yaradan bəsitliklərlə nisbi fərqi həmin bədənin 

75


xarakter göstəricisi deməkdir. Ona görə də bütün insanlarda bu nis-
bi fərq olduğundan onlar hamısı az ya çox bir-birindən fərqlənir. 
Təbii  seçmə  prosesindən  də  daha  mükəmməl  davamlılığa  malik 
olanlar seçilir. Lakin daha mükəmməl quruluşa malik olanlar süni 
rahatlıqla da bir çox hallarda təmin olunduğundan, əsasən özü-öz-
lərini təmin etdiyindən bəşəriyyətin irəliyə doğru inkişafında bir 
əlvanlıq yaranır. Həm də həyatda ən sadə bir səbəb belə müəyyən 
bir istiqamət deməkdir. 
Haradasa  ayağına  dəyən  qara  bir  daş  parçası  sənin  taleyində 
öz reallığına uyğun bir rolun ifaçısına çevrilir. Həyatda ən müxtə-
lif səbəblər qədər də ən müxtəlif istiqamətlər mövcuddur. Hər an 
üçün qarşına çıxan milyonlarla səbəb sənin taleyinin bundan son-
rakı axarının milyonlarla istiqaməti deməkdir. Lakin xırda səbəblər 
sənin hər an üçün hal yaşantıların, böyük səbəblər isə qanunauy-
ğun  gedən  proseslərin  tamamlanmasını  doğuran  nəticələrdir.  Elə 
hər  varlığın  həyatında  təzahürlər,  mahiyyət  və  məzmun  buradan 
meydana çıxır. Əsasən hər doğulan körpənin taleyində onun vali-
deynlər və düşdüyü mühit birinci iştirakçı olur. Sonra isə müəyyən 
həyat təcrübəsi əldə edib, müəyyən biliklərə yiyələnən şəxs ağılla 
bir çox şeyləri anlayandan sonra özü öz sonrakı taleyinin yaradıcısı 
olur. Lakin ilkin istiqamət valideyn və düşdüyü mühit olduğu üçün 
sonrakı taleyinin özül daşı bu ilkin şərtlər olur. Hər bünövrə də yal-
nız müəyyən tutuma malikdir. Yaxşı təməlin də üzərində yaxşı da 
bina ucaltmaq olar, lakin pis təməlin üzərində yaxşı bina ucaltmaq 
çətindir. Ona görə də yeniyetmələrin haradasa yol verdiyi yanlış-
lıqlarda əsas günahkar valideynlərdir və çox zaman da öz uşaqla-
rına düzgün vermədikləri tərbiyənin acısını da övladlarının yanlış 
hərəkətlərinin töhməti, kədəri, iztirabı kimi də əvəz olaraq alırlar. 
Ekstrasenslər də bir növ övlad tərbiyə edən valideynlərə bənzə-
yir. Taleyin sərt sınaqlarında büdrəyənlər, dözümünü iradəsini ələ 
ala bilməyənlər, müəyyən xəstəliklərdən əzab çəkənlər, ən doğru 
yolu öyrənmək istəyənlər çox zaman ekstrasenslərə müraciət edir, 
onlardan məsləhət və kömək umurlar. Ona görə də ekstrasenslərin 
göstərdiyi yol bir və ya bir çox şəxslərin taleyini istiqamətləndir-

:

Kitab -> 2017
2017 -> []
2017 -> Dövlətin intuitiv təfəkkürlə idarə olunması
2017 -> İnsan və təbiət silsiləsindən
2017 -> Mehdi Calal


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


bayramxannqtli-.html

bayshore-gardens-yacht.html

baytarliq---baytarliq-2.html

baytarliq---shif-10.html

baytarliq-tbabt-genetkasi-3.html