1 2 3 4 5 6 7 8 9 10

Bəsic təfəkkürü17 - Vilayət bağçası İkİnCİ cİld

səhifə8/10
tarix24.05.2018
ölçüsü0.52 Mb.

Bəsic təfəkkürü

17

Bismillahir-Rəhmanir-Rəhim.


Bəsicin mənası

Qardaşımız çox yaxşı sözlər dedi. Universitetdə sizin kimi yaxşı və mömin gənclərin olmasına çox sevinirəm. Qeyd etdiyiniz bu işlərin hamısı yaxşıdır.

Tələbə Bəsici ifadəsi iki sözdən təşkil olunub. Bu iki sözün hər birinin geniş izahı var. Bunlar insanın boynuna müəyyən vəzifələr qoyur. Biri “bəsic” sözüdür, biri isə “tələbə”. “Bəsic” dedikdə inqilabi mübarizəyə həmişə hazır bir toplum nəzərdə tutulur. Onlar heç zaman qaib olmurlar, həmişə hazırdırlar.

Qüvvələrin ən safı

Deməli, “bəsic” fədakar hazırlıq mənası mövcuddur. Müharibə zamanı “bəsic” dedikdə təsəvvürümüzə gələn ilk məna ölkə və cəmiyyətin ən yaxşı qüvvələrinin saf və seçilmiş hissələrindən ibarət idi. Bəsic elə qüvvədir ki, vəzifəni idarə və qrup qanunları əsasında öhdəsinə götürmür, könüllü şəkildə meydana atılıb hazırlığını bildirib.


Tələbə

Tələbə Bəsicində, yaxud digər bəsiclərdə də bu məsələ eynilə mövcuddur. Buna əsasən, “bəsiz” sözü belə bir uca və şərəfli məna daşıyır.

“Tələbə” sözü də belədir, məna ağırlığı baxımından başqa bir cəhətdən çox diqqətəlayiq və əhəmiyyətli mənanı ehtiva edir. Tələbə - yəni gələcəyə sahib olacaq və elm öyrənməkdə olan gənc. “Tələbə” sözündə bu xüsusiyyətlər var. Tələbə - yəni gənc, çünki tələbəlik zəruri olaraq gənclik dövrünə aid olur. “Tələbə” sözündə elm istəmək və bilgi axtarmaq da var.

Tələbənin yolunu azması

Tələbə gələcəyə, gələcək də ona məxsusdur. Baxın, “tələbə” sözünün bu məzmunu çox mühümdür. Buna görə də gəlin belə bir nəticə alaq: əgər tələbə düşüncə və siyasi baxımdan yolunu azsa, böyük fəlakət baş verər. Doğrudurmu?

Tələbə öz şəxsi həyatını yaxşılaşdırmaq üçün dərs oxusa və başqa məsələlərə biganə yanaşsa, bu, çox böyük təhlükədir. Tələbənin cəmiyyətə, onda baş verənlərə əhəmiyyətsiz, maraqsız və laqeyd yanaşması çox böyük dərddir.

Laqeydlik

Fərz edin, tələbəyə deyilir ki, xalqın bir qismi əqidə və düşüncə baxımından fəlakət içindədir. O isə çiynini çəkib deyir ki, mənə nə! Sanki deyirlər filan bölgənin əhalisi zəlzələ nəticəsində məhv oldu, o isə çiynini çəkib deyir ki, mənə nə! Xalqın bir hissəsi məişət baxımından ağır durumdadır, o isə çiyinlərinin çəkir və deyir ki, mənə nə! Belə laqeydlik haləti çox böyük bəladır.


Gəncin mənəvi fəlakəti

Sabah məmləkəti idarə edəcək bir insanın cəmiyyətin və xalqın taleyinə bu qədər etinasız yanaşması çox nigaranedicidir. Bundan da nigaranedici odur ki, laqeyd deyil, həssasdır, lakin mənfi həssaslığı var. Yəni misal üçün, cəmiyyətin bir hissəsinin zəlzələ nəticəsində məhv olmasını istəyir. Zəlzələ aydın fiziki bir zərərdir. Bundan da pisi heç kəsin diqqət yetirmədiyi mənəvi zərər və fəlakətlərdir. Misal üçün, ürəyi istəyir ki, xalq ehtiraslara qərq olsun, imansızlıqda boğulsun və özü hansısa məqsədinə çatsın.


Tələbənin taleyi

Görün tələbə məsələsi nə qədər həssasdır. Əgər biz tələbənin mənasına və tələbə adında yatan analayışlara diqqətlə nəzər salsaq, kim oluruqsa-olaq - özümüz tələbə, müəllim, ali təhsil məmuru, dövlət məmuru, küçədə yol yeriyən adi bir insan belə olsaq da, tələbə təbəqəsinin taleyinə çox diqqət göstərərik. Əgər tələbənin kim olduğunu bilsək, onun taleyi haqda da çox məsuliyyət hiss edərik.

Xoşbəxtlikdən, məndə bu həssaslıq inqilabdan qabaq yaranıb. Buna görə də, ömrümün əsas hissəsi tələbələrlə keçib. İnqilabdan qabaq Məşhəddə getdiyim məscid tələbələrin mərkəzi idi. İnqilabın əvvəllərində, yəni universitetin əks-inqilabçı qüvvələrin nizamsız döyüş komitəsinə çevrilməsindən qabaq da həmişə universitetə get-gəl etmişəm.

Universitetin inqilabçı qüvvələri

Siz inqilabın əvvəllərində universitetdə deyildiniz. O zaman kiçik idiniz, tələbəlik vaxtınız çatmamışdı. Mən o zaman hər həftə məscidə gəlir, namaz qılır, söhbət edir, suallara cavab verirdim. Hətta günlərin bir günü Tehran Universitetində qanunsuz partiyaların üzvü olan tələbələr universitetdəki inqilabçı qüvvələri məhv etmək istəyirdilər. Universitetdə hər yeri dəhşət bürümüşdü. Təsadüfən, o gün günortadan qabaq mənim bir işim vardı. Ümumiyyətlə, o zaman - inqilabın birinci ilində mənim çoxlu işlərim olurdu. İşimi görüb günorta çağı universitetə yola düşdüm.

İki-üç korpus uşağı mühafizəçi kimi mənimlə idilər. Dedilər ki, getməyin, bu gün universitet təhlükəlidir. Dedim ki, yox, elə məhz bu gün universitetə getməliyik, zamanı indidir. Tehran Universitetinə gəldim. Heç kəs yox idi. Universitetin məscidində bəlkə 4-5 nəfər var idi, onlar da dedilər ki, tez buradan gedin, təhlükəlidir. Əgər o qruplar məni uzaqdan tanısaydılar, kim olduğumu bilsəydilər, doğrudan da ciddi təhlükə yaranardı. Uşaqlar qorxub bizi universitetdən çıxardılar.

Tələbələrlə əlaqə

Sonra prezidentlik dövründə də, işlərimin çoxluğuna rəğmən, bəzən universitetə gəlirdim. Bəlkə də bəzilərinizin yadınıza gəlməz, Tehran Universitetinə və digər universitetlərə get-gəl edirdim. Çıxış edirdim, suallara cavab verirdim. İndi də gələcəyəm. Hər halda, ayrılıq düşən bu bir neçə ildə özüm heç zaman buna razı olmamışam. İnşallah, proqramlaşdırıb yenə də müxtəlif universitetlərə, o cümlədən Tehran Universitetinə gələcəyəm. Tələbə təbəqəsinin əhəmiyyətinə görə universitetlə əlaqəmi kəsə bilmərəm.


Tələbə Bəsici” adının əhəmiyyəti

Tələbə Bəsici - yəni iki sözün birləşməsi və nəticədə siz. Bu, çox böyük bir iddiadır. Sizin malik olduğunuz bütün nəcibliklərə və yaxşılıqlara, mənim sizi doğrudan da sevməyimə baxmayaraq, iddianız çox böyükdür. Yəni “bəsic” sözündə olan bu məna çox mühümdür. “Tələbə” sözündə olan məna da çox əhəmiyyətlidir. Fərqi budur ki, “bəsic” sözündə həqiqi bəsiclik çox əhəmiyyət kəsb edir. Lakin “tələbə” sözündə həqiqi tələbəlik mühüm deyil, kim universitetə girsə, tələbə olur. Burada tələbəlik vəzifələrinə tam əməl etmək çox mühümdür.


Bəsicin qanadları

Mənim fikrimcə, burada sizin bəzi suallarınızın cavabı aydın olur. Məlumdur ki, universitetdə Bəsic üzvü olduqlarını iddia edən və tələbəlik vəzifələrinə əməl etmək istəyən bir qrup gəncin siyasi işinin heç bir həddi-hüdudu yoxdur. Bəli, siz bir partiya kimi olmamalısınız. Əgər bir partiya və birlik olsanız, digər təşkilatlar sizə rəqib olacaq. Lakin Bəsic heç bir təşkilatın rəqibi deyil, yalnız inqilab əleyhdarı olan təşkilatlara rəqibdir. O, digər təşkilatları öz qanadları altına alır. Bəsic belədir. Necə ki, müqəddəs müdafiə dövründə, inqilabın əvvəllərindən həmişə müxtəlif şəxs, cinah və qrupları öz qanadları altına alan mərkəz olub.


Prinsipləri müdafiə

Çalışın hamını öz qanadlarınız altına ala biləsiniz. Kim sizin qanadınızın altına gələcək? Sizin prinsiplərinizi qəbul edənlər. Prinsiplərinizdən yayınmayın, tam diqqətlə qoruyun. Əks təqdirdə, Bəsic sözü uyğun gəlməyəcək və başqa bir şey alınacaq. Əgər sözün həqiqi mənasında Bəsic olmaq istəyirsinizsə, öz inqilabçi və dini prinsip və təməllərinizi diqqətlə qorumalı, onların üzərində dayanmalısınız.


Əməkdaşlıq və üzvlük

Eyni zamanda siyasi mövqe və qrup maraqları baxımından, hər kəs hər hansı təmayüllə sizin qanadınız altına girmək, sizinlə işləmək və savabınıza şərik olmaq istəsə, qəbul etməlisiniz. Əlbəttə, sizin üzvünüz olması vacib deyil, çünki üzvlüyün də şərtləri olmalıdır. Prinsipcə, siz bunları məndən yaxşı bilirsiniz, çünki işin içindəsiniz. Üzvlüyün şərtləri ola bilər, lakin əməkdaşlığın şərti olmamalıdır.

Buna əsasən, mən elmi, yaxud siyasi işlər üçün fikrinizin, əsaslarınızın, dini və siyasi mövqelərinizin yaratdığı məhdudiyyətlərdən başqa heç bir məhdudiyyət görmürəm.

Gəncin problemi

Mənim əzizlərim! Gəncin mühüm bir problemi var. Gəncdə gözəllik, üstünlük, yaxşılıq, istedad və imkanlar cəm olub. Qocalığa sarı getdikcə bu potensiallar dayanmadan azalır. Hətta mənəvi baxımdan inkişaf etmiş olsanız da, aktual imkanlar yaranacaq, lakin istedad və potensiallar durmadan azalır. İstedad, bacarıq və potensiallar çox mühüm amillərdir.

Gəncin varlığında bütün bu müsbət, yaxşı və gözəl cəhətlərə rəğmən, onun böyük bir problemi də var və o, dəyişkənlikdir; yəni dönüş ehtimalı. Yaş artdıqca bu ehtimal azalır. Bu problemə qarşı diqqətli olun. Özünüzdə və digərlərində bu problemə əlac qılın. Elə edin ki, əqidədə möhkəm və dönməz olasınız.

Görün dualarda yəqin sabitliyindən nə qədər oxuyursunuz. Cümə gününün səhər duasında: “Bizə sabit və dəyişməz yəqin bəxş et!”18, ramazan ayının duasında da: “İlahi, səndən elə bir iman istəyirəm ki, sənin görüşünə nail olmayınca müddəti bitməsin”19 - deyirsiniz. Yəni Səndən elə bir iman istəyirəm ki, Səninlə görüşənə qədər bitməsin, qalsın; nə qədər ki, məni yaşadırsan, bu imanı da mənimlə yaşat20, canımı alanda imanla al, hətta qiyamətdə dirildəndə də bu imanla dirilt.


Gənc və ayıqlıq

İmam özünün Əbu Həmzə kimi mənalı bir duasında Allahdan nəyi istəyirsə, bu, onun qəti ehtiyac olduğunu göstərir. Diqqət yetirirsiniz?

Gəncə dəyişməzlik lazımdır və bu dəyişməzlik də öz-özünə əldə olunmur, onu əldə etmək lazımdır. Gənc həmişə dəyişkənliyə hazırdır. Əlbəttə, demək istəmirəm ki, hər bir gənc belədir. Hər halda, bu dəyişkənlik digər potensiallar kimi gəncdə mövcuddur. Bu, bir baxımdan yaxşı xüsusiyyət deyil, bir baxımdan isə yaxşıdır. Çünki bunun özü də bir dəyişiklik, inqilabdır. Bundan da istifadə etmək olar. Davamlı olaraq yaxşılaşmaq və ucalmaq mümkündür. Lakin ehtiyatlı olmalısınız ki, bu, sürüşməyə, yoldan çıxmağa və Allahdan uzaqlaşmağa bais olmasın, uçurumlardan yuvarlanmaqla nəticələnməsin.

Dərin və şəffaf iman

Siz çalışdığınız universitetin gənclərinə bu baxışla baxın. Onun qarşısını necə almaq olar? İmanın şəffaflaşması və dərinləşməsi ilə. Bacardığınız qədər imanınızı dərinləşdirməyə və şəffaf etməyə çalışın. Bu, çətin deyil, çox asandır, bir baxımdan ən asan işdir. Nə üçün? Çünki sizin iman bəslədiyiniz həqiqət eşq bəsləmək üçün həm dini, həm də siyasi baxımdan ən güclü, ən möhkəm, ən etimadlı və ən diqqətəlayiq məsələdir. Həm bizim inqilab təfəkkürümüz belədir, həm də din təfəkkürümüz.


Xeyir-bərəkətin qaynağı

Bizim din təfəkkürümüz qüdrət, gözəllik və varlıq mənbəyi olan Allahla mənəvi əlaqədir. Bu əlaqə nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu iman nə qədər güclü, bu dəlillər nə qədər möhkəm olsa, bir o qədər yaxşıdır. Xoşbəxtlikdən, bu gün böyük müəllimlər var. Siz indi cənab Məhəmmədi İraqi və digər bəzi qardaşlar haqqında danışdınız. Xoşbəxtlikdən, bunlar alimlər və dəyərli insanlardır. Bunlar yaxşıdırlar. Bunlardan maksimum istifadə edə bilərsiniz. Qumda cənab Misbah və digər böyük müəllimlər mövcuddur. Bacardığınız qədər onlardan bəhrələnin. Onlar elm və düşüncə baxımından çoxlu xeyir-bərəkət mənbəyi ola bilərlər.


Bəsic təfəkkürü

Siyasi baxımdan sizin təfəkkürünüz elədir ki, inqilab düşmənlərinin bütün informasiya şəbəkələri ona qarşı səfərbər olunub. Onlar da sizin Bəsicinizə qarşı, yəni batil yolda bəsic (səfərbər) olublar; bu təfəkkürü və bu məqsədi vurmaq, xalqların gözündən salmaq, beynindən çıxarmaq üçün səfərbər olunublar. İndiyə qədər bu qədər təbliğatlara rəğmən, bacarmayıblar. Bizim səsimiz Tehranla Mazandaran arasındakı dağlarda radiodan əməlli-başlı yayımlanmır, lakin onların səsi bizim kəndlərimizin hər bir tərəfində, hər yerdə və dünyanın çoxlu yerlərində yüz dildə eşidilir.


Bəsicin keyfiyyət azlığının əlacı

Eyni zamanda siz baxın, bu gün İslam dünyasının hər hansı nöqtəsində imamın adı çəkiləndə inqilab və İran xalqı yada düşür, ona hörmət və əzəmətlə baxırlar.

Sizin inqilab təfəkkürünüz və seçdiyiniz düzgün siyasi yol xalqın istiqlaliyyət, şərəf və izzət yoludur. Sizin mənfi cəhətiniz yoxdur. Bu imanı digər gənclərdə möhkəmləndirə, gücləndirə bilərsiniz. Bu işi görün. Mən bu məqamı vurğulamaq istəyirəm, xoşbəxtlikdən, sizin özünüz də buna toxundunuz və dediniz ki, Tələbə Bəsici təşkilatı keyfiyyət baxımından inkişaf etməyib. Mütləq buna əlac qılın və çarə tapın.

Laqeydləri cəlb etmək

Universitet gənclərin mərkəzi və gənc də müxtəlif istedadlara, o cümlədən inkişaf və qəbul etmək istedadına malik olduğundan, düşmən də həmin cəhətdən istifadə edir. Sizin işiniz çox da çətin deyil. Əgər universitetdə olan çoxsaylı laqeyd gəncləri və yalnız təhsildən ötrü gələn gəncləri həm din, həm siyasət sahəsində öz fikir hədəfinizə çevirsəniz, mənim fikrimcə, universiteti fəth edərsiniz.


Ağıllı iş

Tərəzinin ağır gözü sizin tərəfinizdir. Bunu yəqin ki, bilirsiniz. Əsla nigaran olmayın. Əgər universitetdəki işiniz fəal, ağıllı, müstəqilliyə arxalanan və təbii ki, bəzi tələbə şərtləri, o cümlədən dərs oxumaqla, tədqiqatla və elmi inkişafla yanaşı olsa, bütün tərəf-müqabilləriniz sizin istədiyiniz məqsədə və getdiyiniz səmtə yönələrlər; təbii ki, xəstələrdən başqa.


Xarici təlqin

Universitetlərdə müşahidə olunan bəzi səhvlər əksər hallarda universitetin xaricindən təlqin edilənlərdir. Bunu unutmayın. Bu, tələbə təbəqəsinə aid deyil, xaricdən müxtəlif mərkəzlərə təlqin edilən məsələlərdəndir.


Məscid

Orada paklıq, həqiqətə və mənəviyyata meyl mövcuddur. Bundan istifadə edin. Məscidin hörmətini saxlayın. Məscid çox yaxşıdır. Yaratdığınız birlikləri ağıllı, dərin və alim insanlarla gücləndirin.

Əlbəttə, mən soruşmadım, siz də demədiniz ki, indi Tehran Universitetində qız və oğlanlardan ibarət Bəsicin nə qədər üzvü var və ümumilikdə bütün universitetlərdə nə qədərdir. Statistika varmı?21 Dörd min nəfər. Çox yaxşıdır. Yuxarı rəqəmdir.

Tələbələrin həvəsi

Bu çoxsaylı üzvlər könüllü surətdə Bəsicə yazılanlardır. Bu, çox yaxşıdır. Deməli, onlar tərəfindən həvəs var. Onları qorumaq, yeniləri cəlb etmək, keyfiyyəti artırmaq və inkişaf etdirmək üçün bir mərkəz lazım idi. Əgər nöqsan varsa, bu baxımdandır. Deməli, tələbələrdə həvəs var. Bunu dəyərləndirməliyik. Bu, çox yaxşı bir şeydir.


Düzgün təyin

Düşünürəm ki, nümayəndəlik orqanındakı qardaşlar da yaxşı və mömin gəncləri mütləq bizim kimi sevəcəklər. Şübhəniz olmasın. Onlar da mənim kimi sizi çox sevirlər.

İnşallah, müvəffəq olasınız. Ölkənin cari məsələləri, siyasi məsələrləri barədə həmişə düşünün. Düzgün yollarla düzgün qənaətə gəlin və onun üzərində təkidlə dayanın. Doğru olan budur. Əgər insan bəzi yanlış anlaşmalara düçar olsa və öz qənaətinə əsasən, Allah-Taalanın istədiklərini yerinə yetirsə, Allah da kömək edər. Yəni bu baxımdan heç bir nigaranlıq yoxdur. Allah-Taala kömək edəcək.

Allahın yardımı

Quranda bir neçə dəfə aydın şəkildə vəd verilib ki, Allaha kömək etsəniz, Allah-Taala da sizə kömək edəcək: “Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər”22; “Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər”23. Bundan daha aydın nə lazımdır?! Daha Allah-Taaladan nə istəyirik?! Açıqca və qətiyyətlə deyir ki, Allah-Taala Ona kömək edənlərə kömək edəcək.

Allahın köməyi nədir? Allahın köməyi budur ki, insan Allahın yolunu hamarlamaq, yolçularını artırmaq və bu yolda hərəkət edən xalqa kömək etmək barədə düşünsün. Bu elə Allahın yardımıdır. Allah da yardım edəcək. İndiyə qədər də yardım etmişdir.

Düşmənin nigaranlığı

Siz elə bilməyin ki, bu ixlas və bu yaxşı niyyətlər olmasaydı, ölkənin vəziyyəti yenə də belə olardı. Heyf ki, xəbər qaynaqlarına əliniz çatmır. Vaxtınız da buna imkan vermir. Bəlkə dünyanın müxtəlif xəbərlərinə varmağa lüzum da yoxdur; yəni işlərinizdən geri qalarsınız. Lakin biz bunların içindəyik. Bilsəydiniz, İranın indiki vəziyyəti güclü düşmənlər üçün nə qədər nigaranedicidir və narahatlıq doğurur!


Mövcud vəziyyət

Ölkənin siyasi vəziyyəti, mövcud sabitlik, bu gün ölkədə ilahi hədəflərə sarı duyulan düzgün yönəlmə - bütün bunlar onlar üçün nigaranedicidir. Digərləri müxtəlif formalarda çox təhlil edirdilər. Bütün bu sözlərdən, qalmaqallardan və yaratdıqları ajiotajdan sonra çoxlu uğur əldə etdiklərini düşünüb sevinir, əl çalırdılar. Lakin Qüds günü gördünüz ki, nə baş verdi. Bunlar çox mühümdür.


Allahın iradəsi

Allah-Taala bizə kömək etməkdədir və bu kömək inşallah, hələ çox davam edəcək. Allahın iradəsi budur ki, bu xalqı bu yolu və bu məqsədləri qorusun, müdafiə etsin. Səbəbi də budur ki, xoşbəxtlikdən, bu yolda çoxlu insanlar ixlasla və Allah üçün çalışırlar, Allaha kömək etməkdədirlər. Allah-Taala da vəd vermişdir. Allah-Taala danışanların ən doğruçusu və əhd edənlərin ən vəfalısıdır. O, əhd etmişdir. İndi öz əhdinə vəfa etməkdə, bizə kömək göstərməkdədir.


Problemlər

Sizin gördüyünüz bu problemlər, çatışmazlıqların – yaddan çıxarmayın ki, dünyada yaşayırsınız - bənzəri və ya daha pisi hər yerdə var. Düzdür, problemlər hər yerdə eyni deyil. İnsan bəzən öz problemlərini görür və uzaqdan başqa yerlərə baxıb onların problemlərinin olmadığını zənn edir; elə bilir ki, bu problemlər təkcə ona aiddir. Lakin eyni zamanda bəziləri aradan qaldırılmalıdır. Bunda şübhə yoxdur. İnşallah, sizlər işlərin başına keçin və bu problemlərin qalanını da aradan qaldırın. Yaxın gələcəkdə məmləkətin işlərini sizlər öhdənizə götürəcəksiniz. Bunlar düzələcək. Heç bir şübhə yoxdur.


Prinsiplər üzərində möhkəm dayanmaq

Bu problemlər əhəmiyyətli deyil. Bunlar ətrafda bizlərin pis çalışmamızdandır. Allahın lütfünün təbiəti isə daha aydın və daha aşkardır. Çox qəribə şeylər müşahidə olunur. İnşallah, bundan sonra da Allahın lütfü olacaq və Allah kömək edəcək. Siz möhkəm, ayaqda, əsas prinsip və inamlarınızdan azca da yayınmadan və geri çəkilmədən universitetdə olun. Siz mühüm bir yer seçmisiniz. Bu, çox əhəmiyyətli səngərdir. Hansı biriniz universitetdən çıxsa, mütləq öz yerinə kimisə hazırlasın. Xüsusən də birinci kurs tələbələrinin yanına gedin, onları başa salın, dəstəkləyin ki, bu yolu davam etdirsinlər. Allah-Taala da bu işlərə kömək göstərəcək. İnşallah, müvəffəq olasınız.




Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


elmi-srlr--2016--6-76-62.html

elmi-srlr--2016--6-76-67.html

elmi-srlr--2016--6-76-71.html

elmi-srlr--2016--7-80-10.html

elmi-srlr--2016--7-80-104.html