1 ... 142 143 144 145 146 147 148 149 ... 175

Бялядчи-ъядвял - səhifə 146

səhifə146/175
tarix28.06.2018
ölçüsü3.92 Mb.

 

32

– Yox, ancaq qəzetləri oxumaq lazım idi. Mənim bu texnokratizmdən səndən az zəhləm 

getmir, mən, sadəcə, hiss edirəm ki, son iyirmi ildə dünya dəyişib. Və yaşı qırxı adlayan hər kəs 

bunu anlamalıdır, ona görə də Bəpsin sualı  Morellini, elə bizi də divara dirəyir. Bizim  həqiqət 

saydığımız, ruhun (bu sözə görə üzr istəyirəm) harasındasa yerləşdiyinə  inanaraq əlçatan hesab 

etdiyimiz reallıq naminə pozğunlaşmış dilə, ədəbiyyat deyilən şeyə qarşı müharibə aparmaq çox 

gözəldir.  Ancaq  Morelli  özü  də  bu  müharibənin  təkcə  mənfi  tərəfini  görür.  O,  sən  və  bizim 

hamımız kimi bu müharibəni aparmalı olduğunu hiss edir. Bəs sonrası? 

– Gəlin sırayla, – Etyen dedi. – Hələlik sənin «sonranda» dayanaq. Morelli dərsi – birinci 

mərhələ, hələlik bu qədər yetər. 

– Əgər əsas hədəfi müəyyənləşdirə bilmirsənsə, mərhələlər barədə danışa bilməzsən.  

– Gəlin bunu işçi fərziyyə, ya da bunabənzər bir şey adlandıraq. Morelli bir şey istəyir  – 

oxucunun  təfəkkür  vərdişlərini  dağıtmaq.  Gördüyün  kimi,  sadə  məsələdir,  Hannibalın  Alp 

dağlarını aşmasıyla müqayisə oluna bilməz. Morelli bu günədək o qədər də çox metafizika aşkar 

etməyib, doğrudur, sən, Horasio, bizim Horatsi-Kuriatsisən, metafizikanı hətta konsrvləşdirilmiş 

pomidor  bankasında  da  axtarmağa  qadirsən.  Morelli  incəsənət  haqqında  özünəməxsus 

təsəvvürləri olan sənətkardır və bu təsəvvür əsas etibarilə ənənəvi formaları yıxmaqdan ibarətdir. 

Adətən,  bütün  əsl  sənətkarlar  bu  cür  olurlar.  Məsələn,  onun  silsilə  romandan  zəhləsi  gedir. 

Əvvəldən axıradək asanca oxunan kitabdan, sözəbaxan uşaq kimi sakit kitabdan. Sən, yəqin ki, 

diqqət etmisən, o ən az təhkiyənin rabitəliliyinə, bir sözün başqa sözü arxasınca aparmasına fikir 

verir…  Məndə  belə  təəssürat  yaranır  ki,  o

,

  sanki


,

  çalışır  ki,  əməliyyat  apardığı  elementlər 

arasında daha az mexaniki, daha az səbəbli əlaqə olsun; əvvəl yazılan sonradan yazılanı demək 

olar  ki,  şərtləndirmir,  başlıcası  isə  yüzlərcə  səhifə  yazan  qoca  nə  yazdığının  çoxunu  özü  də 

xatırlamır. 

– Və belə çıxır ki, – Periko dedi, – iyirminci səhifədəki cırtdan yüzüncü səhifədə iki metr 

beş  santimetr  olur.  Dəfələrlə  diqqət  etmişəm.  Onun  elə  səhnələri  var  ki,  axşam  saat  altıda 

başlayıb altının yarısında qurtarır. Adam iyrənir.  

– Bəs sən özün əhvalından asılı olaraq gah cırtdan, gah da nəhəng olmamısan? – Ronald 

dedi. 


– Mən mahiyyətdən danışıram, – Periko dedi. 

– O, mahiyyətə inanır, – Oliveyra dedi. – Zamanın mahiyyətinə. O, zamana inanır, ona 

qədərə və ondan sonraya. Zavallı, o heç vaxt öz sınıq-salxaq masasının siyirməsindən iyirmi illik 

məktub  tapıb  oxuyaraq  anlamayıb:  əgər  vaxtdan  az  da  olsa  dayaq  verməsən,  heç  nə  yerində 

dayanmır və vaxt yalnız ona görə düşünülüb ki, ağlını tamam itirib dəli olmayasan.  

–  Bütün  bunlar  sənətin  təfərrüatlarıdır,  –  Ronald  dedi.  –  Bunun  arxasındakı  bax 

buymuş… 

 

32

–  Sadəcə,  şairdir,  –  Oliveyra  səmimi  mütəəssir  olaraq  dedi.  –  Səni 

Behind


1

,  ya  da 

Beyond

2   adlandırmaq daha düzgün olardı,  mənim əziz  amerikalım. Yaxud da 

Yonder

3

 

– bu da 

əla sözdür.  

–  Əgər  bu  «arxada»,  «dalda»  olmasaydı,  Morellinin  yazdıqlarının  heç  bir  mənası 

olmazdı,  –  Ronald  dedi.  –  İstənilən  bestseller  Morellinin  yazdıqlarından  yaxşıdır.  Və  biz  ona 

görə  Morellini  oxuyuruq  və  ona  görə  bu  gecə  buraya  toplaşmışıq  ki,  Morellidə  Berddə  olan, 

bəzən  Kamminqsdə  və  ya  Cekson  Pollokda  rast  gəlinən  nəsə  var.  Nə  isə,  misallar  yetər.  Yeri 

gəlmişkən, niyə misallar yetər? – Ronald qəzəblə bağırdı, Bəps isə heyranlıqla baxaraq onun hər 

sözündən-ləzzət  alırdı.  –  Mən  kefim  istəyən  bütün  misalları  çəkəcəyəm.  Hamıya  aydındır  ki, 

Morelli  öz  həyatını  ləzzət  almaq  xatirinə  mürəkkəbləşdirmir  və  bundan  əlavə,  onun  kitabı  – 

dünyada  zərrəcə dəyəri olan  hər  bir şey kimi açıq-aşkar təxribatdır. Haqqında danışdığımız  bu 

texnokratik  dünyada  Morelli  ölənləri  xilas  etmək  istəyir,  ancaq  xilas  etmək  üçün  əvvəlcə 

öldürməli,  ya da  heç olmasa qanını tam dəyişməlisən, belə  bir diriltmə. Şair-futuristlərin  səhvi 

ondadır  ki,  –  Ronald  Bəpsin  heyranlığına  rəğmən  davam  etdi,  –  onlar  maşınlaşdırmanı  izah 

etmək  istəyirdilər  və  inanırdılar  ki,  bu  yolla  qan  azlığından  xilas  olacaqlar.  Lakin  Kanaveral 

burnunda  baş  verən  hadisələrlə  bağlı ədəbi söhbətlərin köməyilə  biz real gerçəkliyi daha  yaxşı 

anlamayacağıq, mən belə güman edirəm.  

–  Düzgün  güman  edirsən,  –  Oliveyra  dedi.  –  Beləliklə,  Yonder  axtarışlarını  davam 

etdiririk,  bir-birinin  ardınca  saysız-hesabsız  Yonder  aşkarlamalı  olacağıq.  Başlanğıc  üçün  onu 

deyərdim  ki,  bu  gün  elm  adamlarının  və 

«

Frans  Suar

»

  oxucularının  qəbul  etdiyi  texnokratik 

reallıq kortizon dünyasıdır, qamma şüalarıdır və plutoniumun təmizlənməsidir ki, «

Roman de la 

Rosa

» 1

 kimi real gerçəkliklə ümumi cəhətləri çox azdır. Perikodan isə ona görə yapışmışam ki, 

artıq onun  estetik  meyarlarının, dəyərlər şkalasının  mövcud olmadığını anlasın.  Bir  vaxtlar  hər 

şeyi ağıldan və ruhdan gözləyən insan indi özünü sadiq hesab edir və dumanlı şəkildə dərk edir 

ki,  silah  onun  öz  əleyhinə  çevrilib,  mədəniyyət,  civilta  onu  dalana  dirəyib  və  elmin  barbar 

qəddarlığı tamamilə aydın olan cavab reaksiyasından başqa bir şey deyildir. Leksikona görə üzr 

istəyirəm. 

– Bunu artıq Klages deyib, – Qreqorovius dedi.  

– Mən prioritetə iddia etmirəm, – Oliveyra dedi. – Fikir bundan ibarətdir ki, reallıq sənin 

Müqəddəs taxt-tacı, Rene Şarı və ya Oppengeymeri qəbul edib-etməməyindən asılı olmayaraq, 

elə  həmişə  reallıqdır,  şərti,  natamam  və  kəsik.  Bəzilərinin  elektron  mikroskop  qarşısında  hiss 

etdiyi  heyranlıq  mənə  qapıçı  qadının  Lurd  möcüzələrinə  heyranlığından  zərrə  qədər  məhsuldar 

                                                

1

 

 Архада, далда (инэ.) 

2

 

 Узагларда (инэ.) 

3

 

 Бах орада (инэ.) 

1

 

 «Гызылэцл щаггында роман» (фран.) 



:

front -> files -> libraries -> 468 -> books
books -> Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil
books -> Səməd Şıxı atilan bir daş
books -> İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ DÖRDÜNCÜ Kİtab
books -> Kimsə bilməsin 1


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


faks-0-414-3144158-3.html

faks-0-414-3144158-8.html

faktaruta-1-6---sbu-.html

fakti-i-posledstviya--.html

fakti-oprovergayushie.html