1 ... 70 71 72 73 74 75 76 77 ... 125

İdris Hacızadı - səhifə 74

səhifə74/125
tarix01.11.2017
ölçüsü3.03 Mb.

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 

2017 

 

İdris Hacızadə

              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

başqaları  sevimli  müəllimlərinin  onlara  göstərdiyi  ana 

qayğısını  daim  dilə  gətirir,  ruhuna  Ulu  Tanrıdan  rəhmət 

diləyirlər. 

Şövkət  xanım  ömrünün  71  yaşında  bizi  tərk  etdi. 

Zaman  keçəcək,  gələn  gedəcək,  amma  «Oxu  gözəl!» 

deyən  bir  səs  var  ki,  o  hələ  çox  səslənəcək.  Çünki  o  səs 

Vətənin  nəğməkar  qızı  olan  Şövkət  xanımın  səsidir, 

qəlbinin, ruhunun səsidir. 

Bu  gün  Şövkət  sənətini  sevənlərə  bir  təsəlli  qalır  ki, 

onun  ailəsində  nənəsinin  adını  daşıyan  balaca  Şövkət 

böyüyür.  Onun  da  səsi  var.  Kim  bilir,  bəlkə  yaxın 

gələcəkdə  nənə  Şövkəti  əvəz  etdi  nəvə  Şövkət.  Kim 

bilir?.. 

 

BƏNÖVġƏ ƏTIRLI, BƏNÖVġƏ SƏSLI 

MÜĞƏNNI 

 

Bir  səs  yayılır  ətrafa  efirdən,  ekranlardan, 

ürəklərə  hakim  kəsilir.  Qəlbləri  riqqətə  gətirir,  könül 

xoĢluğu  yaradır  bu  səs.  Gah  həzin  pıçıltıya  dönüb 

hissləri  titrədir,  gah  Ģahə  qalxıb  dinləyicilərin  ürək 

çırpıntılarını coĢdurur, oymaq-oymaq el-obanı, yaxın-



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 

2017 

 

İdris Hacızadə

              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

uzaq məmləkətləri dolaĢır. 45 ildən artıqdır ki, bu səs 

beləcə  çağlayır,  insanın  mənəvi  dünyasına  iĢıq  saçır, 

onu  gah  sevindirir,  sanki  arzularına  qovuĢdurur,  gah 

da  daxili  aləminə  sirayət  edib  varlığına,  aurasına 

hakim kəsilir, onu ardınca aparır. 

 

Bu  məxmər  səsli  müğənni  Xalq  artisti  Flora  xanım

 

Kərimovadır.  O  Flora  xanım  ki,  uzun  illər  ərzində  öz 

bənzərsiz  sənəti  ilə  Azərbaycan  mədəniyyətinə  layiqli 

töhfəsini bəxş etmiş, yaradıcılıq dəst-xətti, ifa tərzi, səhnə 

mədəniyyəti  ilə  tanınmış,  geniş  tamaşaçı  kütləsinin 

sevimlisinə çevrilmişdir.  

Yaşlı  nəslin  nümayəndəsi  kimi  mən  Flora  xanımın 

səhnəyə gəldiyi ilk günləri yaxşı xatırlayıram. 1961-ci ildə 

hərbi xidmətdən yenicə qayıtmışdım. Rusiya ərazisində 3 

il  xidmət  etdiyimdən,  Azərbaycan  musiqisi  üçün  təşnə 

idim.  Seyid  Şuşinski,  Xan  Şuşinski,  Əlövsət  Sadıqov, 

Şövkət  Ələkbərova,  Sara  Qədimova,  Əbülfət  Əliyev, 

Tükəzban  İsmayılova  kimi  xanəndə  və  müğənnilərin 

ifalarını yorulmadan dinləyirdim. Yeni bir səs, yeni bir ifa 

nəzərimi  cəlb  etmişdi  o  zaman.  Bu,  Flora  xanımın  avazı 

idi.  Bu,  incə,  məsum  baxışlı,  gülərüz  gənc  bir  qızın 

özünəməxsus ifa tərzi idi. Rəhmətlik anası Zümrüd xanım 

həyatı  qədər  sevdiyi  yeganə  qızının  istedadı,  ifa  tərzi 

barədə  sənət  adamlarının  xeyir-duasını  alandan  sonra 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 

2017 

 

İdris Hacızadə

              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

onun  qolundan  tutub  balaca  Floranı  mədəniyyət 

ocaqlarına,  konsert  salonlarına  özü  aparıb-gətirər,  uğurla 

başlanan ilk addımlarına uşaq kimi sevinərdu. Flora xanım 

isə  hələ  ilk  addımlarından  ifaçılıq  tərzi,  repertuar  şeçmə 

səriştəsi,  işgüzarlığı  ilə  seçilir,  getdikcə  tanınır, 

yaradıcılığı  cilalanırdı.  Hər  bir  yeni  mahnı,  yeni  nəğmə 

Flora xanımın ifasında tez bir zamanda dillər əzbəri olur, 

tamaşaçıların qəlbinə yol tapırdı. Hər bir bəstəkar bu gənc 

istedadlı müğənni ilə yaradıcılıq əlaqəsi yaratmağa çalışır, 

onun  səs  imkanlarına  uyğun  mahnılar  yazmağa  cəhd 

göstərirdi. Xalq və bəstəkar mahnılarına repertuarında yer 

ayıran  müğənni  60-80-ci  illərdə  yaradıcılığının  ən 

məhsuldar  çağlarını  yaşayırdı.  Heç  bir  dövlət  tədbiri  bu 

yüksək  zövqlü,  incə  ruhlu  ifaçısız  ötüşmürdü.  Zəngin 

repertuar  seçməkdə,  hər  dəfə  repurtuarlarını  dəyişməkdə 

əvəzsiz  olan  Flora  xanımın  ifa  etdiyi  saysız-hesabsız 

mahnılar  indi  də  qulaqlarda  səslənir.  Onun  ifa  etdiyi 

"Bakı,  sabahın  xeyir",  "Saçlarına  gül  düzüm"  adlı 

mahnılarını kim unudar? 

Bu xamm-xatın, məlahətli qadının istedadını görən 

kinorejissorlar onu filmlərə çəkilməyə dəvət etməkdə heç 

də səhv etməmislər. Görkəmli kinoxadim, məşhur 

kinorejissor, Xalq artisti Muxtar Dadaşov məhz bu 

keyfiyyətlərinə görə Flora xanımı "Mehman" filmində 

Mehmanın həyat yoldaşı Züleyxa roluna dəvət etdi. Film 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 

2017 

 

İdris Hacızadə

              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

ekranlara çıxanda mütəxəssislər gənc aktrisanın ekran 

yaradıcılığını bəyənmiş, onu yeni ekran əsərlərində 

görmək arzusunda olmuşlar. Amma təəssüf ki, "Mehman" 

Flora xanımın ekranda yer aldığı ilk və son filmi 

olmuşdur. 

Müğənninin səs diapazonunu görən görkəmli 

sənətkarlar ona "Leyli və Məcnun" operasında Leylinin 

obrazını yaratmağı təklif etmişlər. Aktrisa bu təklifə 

əsasən həmin rolu hazırlamış və etimadı doğrultmuşdur. 

Axı yüksək səs tembrinə malik olan müğənnini bu 

keyfiyyətlərinə görə məşhur Peru müğənnisi İma Sumaka 

oxşadırlar. Belə musiqi sərrafları, sənət adamları heç də 

səhv etmirlər. Flora Kərimova sənət yollarında bu 

cəhətdən özünü təsdiqləmiş, zəngin yaradıcılığı ilə musiqi 

və sənət dünyamıza öz möhürünü vurmuşdur. 

Sənətsevərlərə bəlkə də müğənninin onlara məlum 

olmayan bir keyfiyyəti də xatırlatmaq istəyirəm. Belə ki 

yüksək musiqi təhsili alan ünlü sənətçi bir vaxtlar 

həkimliyə olan sonsuz məhəbbətinə görə, Tıbb 

Universitetinə qəbul olmuş, həkim ixtisası alandan sonra 

bu sahədə də çalışmışdır. Çox zərif və həssas qadın olan 

Flora xanım həm də zəkalı, prinsipial, gözəl ziyalıdır. 

İstədiyinə nail olmağı bacarır, onun qarşısını heç bir 

maneə, çətinlik ala bilməz. Həmişə öz hüquqları uğrunda 

mübarizə aparmağı bacaran bu mərd qadın həm də çox 



:

files -> books -> file
file -> Kendi Kendine
file -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı
file -> MahirəNərimanqızı
file -> Qarabağ müharibəsi (Qısa tarix)
file -> Alfred Besterdən “Qoca” əsəri
file -> Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy
file -> Orxan bahadirsoy orxan Elsevər oğlu Bahadırsoy
file -> İntiharın kölgəsi Dr. Əfzələddin Rəhimli
file -> İŞ axtaran gəncləR ÜÇÜn yaddaş Kİtabçasi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


chapter-four-in-the-army-.html

chapter-four-the-linear-2.html

chapter-fourteen---2.html

chapter-heading-1---shif-2.html

chapter-heading-1.html