1 ... 204 205 206 207 208 209 210 211 ... 224

Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov - səhifə 208

səhifə208/224
tarix14.01.2018
ölçüsü5.1 Mb.

Ancaq  gəlirlərin  təkrar  bölüşdürülməsindən  sonra  dövlətin  gəlirləri  xeyli 

artır. Bu artım dinamikası 5.9 saylı cədvəldəki informasiyalarla xarakterizə olunur. 

Belə ki, 2005-ci üdə dövlət gəlirləri 2861 milyon manat olmuşdursa, 2011-ci ildə 

23652  milyon  manata  çatmışdır.  2011-ci  ildə  ümumi  daxili  məhsuldan  dövlət 

gəlirlərinin  payına  46,2  faiz  düşmüşdür  ki,  bu  da  2005-ci  illə  müqayisədə  2  dəfə 

çoxdur.  Ancaq  əsas  artım  (artımın  72  faizi)  Dövlət  Neft  Fondunun  hesabına  baş 

vermişdir. Bu da neft sektorundakı hasilatın pay bölgüsündə dövlətin payının artması 

ilə əlaqədardır. Daxili vergilər və rüsumlar 2005-2011-cu illərdə, inflyasiya nəzərə 

alınmadan, 4,6 dəfədən çox artmışdır. Ancaq onlann ümumi daxili məhsula nisbəti 

15,2  faizdən  13,1  faizə  qədər  azalmışdır.  Bununla  yanaşı  inkişaf  etmiş  ölkələrlə 

müqayisədə  bu  göstərici  Azərbaycanda  xeyli  aşağıdır.  Bunun  da  əsas  səbəbi 

Azərbaycamn  qanunlarında  təsərrüfat  subyektləri  üçün  xeyli  sayda  vergi 

güzəştlərinin nəzərdə tutulması hallandır. 

Azərbaycanda  dövlət  gəlirlərinin  artınlmasınm  bir  çox  ehtiyatlan  vardır. 

Onlardan biri vergilərlə əlaqədardır. Azərbaycanda dövlət gəlirlərinin 30%-ə qədəri 

daxili vergilər və rüsumlar təşkil etdiyinə görə (2011-ci il) öncə vergilər probleminə 

diqqət yetirmək istərdik. 

Bütünlükdə vergilər (sosial vergilər də daxil olmaqla) ABŞ-da, Yaponiyada, 

Kanadada  və  Avstraliyada  ümumi  daxili  məhsulun  üçdə  birinə,  Qərbi  Avropa 

ölkələrində orta hesabla 40-50 faizinə, İsveç və Danimarkada 50 faizinə bərabərdir. 

Azərbaycanda bu göstərici, 14,6 faiz təşkil edir (2010-cu il). 

Ölkənin  əsas  kapitalının  üçdə  birindən  çoxunun,  ümumi  torpaq  sahəsinin 

57%-nin,  yeraltı  sərvətlərin  hamısının  dövlətə  məxsus  olması,  habelə  dövlət 

mülkiyyətinin  təkcə  infrastruktur  sektorda  deyil,  bilavasitə  istehsal  və  xidmət 

sahələrində də mövcudluğu ilə müqayisədə dövlət gəlirlərinin az olmasını söyləmək 

olar.  Sosialyönümlü  iqtisadi  siyasət  aparan  ölkələrlə  müqayisədə  bu  göstəricinin 

aşağı səviyyədə olduğunu demək mümkündür. 

Azərbaycanda qanunvericiliklə aşağıdakı vergi güzəştləri nəzərdə tutulur: 

-2001-ci ildən başlayaraq 2019-cu ilə qədər kənd təsərrüfatı məhsulla- nmn 

istehsalçılannm bütün növ vergilərdən (torpaq vergisi istisna olmaqla) azad edilməsi; 

-banklar  tərəfindən  fiziki  şəxslərin  əmanətlərindən  və  investisiya  qiymətli 

ks^zlardan ödənilən faizlərin gəlir vergisindən növbəti dəfə 2015-ci ilə qədər azad 

edilməsi; 

426 


-bankİann  və  sığorta  kompaniyalannın  nizamnamə  kapitahmn  artırılmasına 

yönəldilən mənfəətin vergidən azad edilməsi; 

-müəssisələrin gəlirlərdən çıxanimasma yol verilən xərclərinin gəlirdən artıq 

olan hissəsinin üç ilədək davam edən sonrakı dövrə keçirilməsi və illər üzrə mənfəətin 

hesabına ödənilməsinə icazə verilməsi; 

-amortizasiya ayırmalannm vergidən azad edilməsi; 

-hasilatm  pay  bölgüsü  əsaasında  fəaliyyət  göstərən  xarici  şirkətlərə  xüsusi 

vergi rejiminin tətbiq edilməsi; 

-çoxsaylı məhsulların idxal və ixrac vergilərindən azad edilməsi; 

-texnoparklann rezidenti olan hüquqi və fiziki şəxslərin əmlak və torpaq vergisindən 

müddətli azad olması; 

-məhsullannm  (xidmətlərinin)  qiymətləri  (tariflər)  dövlət  tərəfindən 

tənzimlənməyən adi inhisarçılann (sement, boya, armatur, çay və s. istehsal- çılan, 

xidmət müəssisələri) əlavə mənfəətinin vergiyə cəlb edilməməsi; 

-uşaq  bağçalannm  və  körpələr  evinin  2014-cü  ildən  10  il  müddətinə  vergi 

ödənişlərindən azad edilməsi; 

-sənaye  parklannda  və texnoparklarida fədiyyət  göstərən  rezident  hüquqi  və 

fiziki  şəxslərin  7  il  müddətinə,  parklann  idarəedici  təşkilatlan  və  operatorlarmm 

mənfəətinin  parkın  infrastrukturunun  tikintisinə  və  saxlaml-  masına  yönəldilmiş 

hissəsinin müddətsiz mənfəət vergisindən azad edilməsi (2014-cü ildən). 

Beynəlxalq təcrübədən fərqli olaraq dövlət tərəfindən konkret olan heç bir şərt 

qoyulmadan belə güzəştlər bütün iqtisadi sektorlara, özü də çox hallarda müddətsiz 

verilir. Belə bir qənaətə təkco müəllif deyil, digər mütəxəssislər də gəlmişdir. Onlar 

da hesab edirlər ki, Azərbaycanda bu göstəricinin aşağı olmasınm başlıca səbəbi bir 

sıra gəlir növlərindən vergi yığımınm təşkil edilməməsi və vergi güzəştləridir (31, 

20.11.1996).  Azərbaycan  Respublikası  Vergilər  Nazirliyinin  sabiq  idarə  rəisi 

AMEA-mn  müxbir  üzvü  Akif  Musayev  yazmışdır:  «...Azərbaycanın  vergi 

qanunvericiliyində  ümumi  vergi  potensialınm  təxminən  30  faizə  qədər  güzəşt  və 

imtiyazlar nəzərdə tutulmuşdur» (31, 18.04.07). Azərbaycan Respublikası Hesablama 

Palatasımn hesablamalan göstərmişdir ki, 2013-cü ildə vergi güzəştləri ÜDM-in 7,4 

faizini  təşkil  etmişdir  (31,  13.11.2014).  Bu  da  4,3  milyard  manata  bərabərdir. 

Mütəxəssis  hesablamalan  göstərir  ki,  idxal  rüsumlan  üzrə  azadolmalar  vergitutma 

bazasında cəmi idxalın 50 faizini təşkil edir. Buraya neft konsorsiumu, nizamnamə 

fondu, qrantlar, humanitar yardım, təkrar idxal, lizinq, azad ticarət sazişləri ilə bağlı 

və s. digər azalmalar daxildir (31,20.12.2014). 

427 


Cədvəl 5.9 

Azərbaycan Respublikasının və dövlətinin gəlirləri (mln. manat) 

Gəlirlərin mənbəyi

 

2005


 

2010


 

2011


 

məbləğ


 

faizlə


 

məbləğ


 

faizlə


 

məbləğ


 

faizlə


 

Ümumi daxili məhsul

 

12523


 

100


 

42465


 

100


 

51158


 

100


 

Dövlət gəlirləri, ondan:

 

2861


 

22,8


 

19829


 

46,7


 

23652


 

46,2


 

I.Dövlət büdcəsinin gəlirləri'

 

1905


 

15,2


 

5488


 

12,9


 

6701


 

13,1


 

Ondan: daxili vergilər və rüsumlar

 

1756


 

14,0


 

5267


 

12,4


 

6395


 

12,5


 

2.  Dövlət  Sosial  Müdafiə  Fondunun 

gəlirləri^

 

286

 

2,3


 

1202


 

2,8


 

1280


 

2,5


 

3. Dövlət Neft Fondunun gəlirləri

 

660


 

5,3


 

13089


 

30,8


 

15628


 

30,5


 

4.Naxçıvan MP büdcəsi

 

10  

-

 

50

 

-

 

43

 

0.0

 

Mənbə: 


"Azərbaycanın statistik göstəriciləri", Dövlətstatkom, "AR dövlət büdcə zərfi" 

topluları əsasında müəllif tərtib etmişdir. Dövlət müəssisələrinin gəlirləri nəzərə alınmamışdır. 

Dövlət  büdcəsinin  və  Naxçıvan  Muxtar  MR  büdcəsinin  gəlirləri  müvafiq  olaraq  Dövlət  Neft 

Fondundan və dövlət büdcəsindən transfer çıxılmaqla nəzərə alınmışdır. 

Bunlardan başqa «Azərbaycanın Milli Hesablan »nda inhisar mənfəəti vergi 

növü  kimi  təsbit  edilmişdir.  Ancaq  Vergi  Məcəlləsində  bu  vergi  növü  öz  əksini 

tapmamışdır.  Məqsədəuyğun  olar  ki,  Vergi  Məcəlləsində  həmin  mənfəətin 

bütünlükdə dövlət büdcəsinə daxil edilməsi nəzərdə tutulsun. 

Bazar iqtisadiyyatlı ölkələrdə amortizasiya fonduna daxil edilən amortizasiya 

ayırmalan təyinatı üzrə istifadə olunmayan hissə vergitutma bazasıdır. Azərbaycan 

Respublikasının Vergi Məcəlləsinin əsas vəsaitləri üzrə amortizasiya ayırmalannm 

gəlirdən  çıxılması  barədə  114-cü  maddəsi  normativ  sənəd  kimi  təsdiq  olunmuş 

«Azərbaycan Respublikasımn Milli Hesablan »na (22, 2007, 

S.13) 

uyğun, deyil və 

“Büdcə  sistemi  haqqında” Azərbaycan  Respublikasının  Qanununa (maddə  12.1.8) 

ziddir. Belə ki, bu qanuna uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyi və Maliyyə 

Nazirliyi hər il ölkənin «Toplu maliyyə balansı»nı hazırlayırlar və büdcə paketi ilə 

birlikdə  Milli  Məclisə  təqdim  edirlər.  Bu  sənəddə  də  amortizasiya  ayırmalan 

təsərrüfat  subyektlərinin  ümumi  mənfəətinə  daxil  edilir.  Norma  yaradan  sənəd 

statusunda  Dövlət  Statistika  Komitəsi  tərəfindən  «Azərbaycamn  Milli  Hesablan» 

hazırlanmış,  Ədliyyə  Nazirliyi  ilə  razılaşdınimış  və  təsdiq  edilmişdir.  Bu  sənəddə 

amortizasiya ayırmalan təsərrüfat subyektlərinin ümumi mənfəətinə daxil edilmişdir. 

Azərbaycanda  amortizasiya  ayırmalanmn  mənfəətdən  vergitutma  bazasına  aid 

edilməsi,  amortizasiya  ayırmalanndan  kapital  qoyuluşu  kimi  prioritet  sahələrdə 

məqsədli qaydada hökumətin icazəsi ilə istifadə edilməsi və ancaq investisiya kimi 

istifadə  olunan  amortizasiya  ayır-  malannm  mənfəət  vergisindən  azad  edilməsi 

düzgündür. İllik məbləği 

3,5 


milyard manatdan çox olan, 2017-ci ildə 6,2 milyard 

manata  çatması  proq-  nozlaşdınlmış  amortizasiya  ayırmalanmn  mənfəətdən  vergi 

bazasına daxil 

428 


:

files -> book
book -> Kendi Kendine
book -> Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı
book -> MahirəNərimanqızı
book -> Qarabağ müharibəsi (Qısa tarix)
book -> Alfred Besterdən “Qoca” əsəri
book -> Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy
book -> Orxan bahadirsoy orxan Elsevər oğlu Bahadırsoy
book -> İntiharın kölgəsi Dr. Əfzələddin Rəhimli


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


elmi-srlr--2016--478-67.html

elmi-srlr--2016--478-71.html

elmi-srlr--2016--478-76.html

elmi-srlr--2016--478-80.html

elmi-srlr--2016--478-85.html