1 ... 45 46 47 48 49 50 51 52 53

Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL - səhifə 52

səhifə52/53
tarix18.06.2018
ölçüsü5.01 Kb.

– Bəs işin sonunu necə təsəvvür edirsən? 
– Əvvəllər fikirləşirdim ki, hər şey yaxşı qurtaracaq. Ancaq indi özüm də buna bəzən şübhə 
edirəm. Bilmirəm necə qurtaracaq... Sən bilirsən? 
 
– Xeyr! Ancaq qorxuram ki, pis qurtarsın. Səni günahkar hesab eləyirlər. Bəlkə də məhkəmən 
heç aşağı instansiyalardan çıxmadı... Ən azı, sənin günahını hələlik sübut olunmuş hesab 
edirlər. 
– Axı mənim heç bir günah işim yoxdur! Bu, səhvdir! Ümumiyyətlə, insan necə günahkar ola 
bilər?! Axı hamımız eyni adamlarıq... 
– Düzdür, ancaq bütün günahkarlar belə danışır. 
– Sən də məni günahkar hesab edirsən? 
– Xeyr, mən səni günahkar hesab etmirəm. 
– Təşəkkür edirəm. Ancaq bu işdə iştirak edənlərin hamısı məni günahkar hesab edir. Onlar 
iştirak etməyənlərə də təsir edirlər. Mənim də vəziyyətim getdikcə çətinləşir. 
– Sən işin mahiyyətini başa düşmürsən. Hökm birdən-birə verilmir, ancaq istintaq getdikcə 
hökmə çevrilir. 
– Deməli, beləymiş... – K. başını aşağı saldı. 
– Gələcəkdə işinlə bağlı neyləmək fikrindəsən? 
– Kömək axtaracam, – deyə K. başını qaldırdı ki, keşişin buna necə baxdığını görsün. – Hələ 
istifadə etmədiyim bəzi imkanlar da var. 
– Kənarda çox kömək axtarırsan, – keşiş onun fikrini bəyənmədi, – özü də ən çox qadınlardır. 
Görmürsən ki, bu, əsil kömək deyil? 
– Bəzən, hətta bir çox hallarda sənə haqq qazandırardım... Ancaq həmişə yox! Qadınların 
hökmü böyükdür. Əgər tanıdığım bir neçə qadını mənim üçün birlikdə işləməyə razı sala 
bilsəydim, nəsə əldə eləyə bilərdim. Xüsusilə də bu məhkəmədə... Demək olar ki, hamısı 
qadın düşgünüdür... Müstəntiqə uzaqdan bir qadın göstər, stolunu da, müttəhimi də unudub, 
onun arxasınca qaçacaq. 
Keşiş başını sürahiyə tərəf əydi, deyəsən damın alçaq olması onu yenicə narahat etməyə 
başladı. Bayırda hava niyə belə pis idi? Buna tutqun hava demək olmazdı, elə bil gecənin 
yarısı idi. Divarlara çökmüş qaranlığı azacıq da olsa səksəndirmək üçün böyük pəncərələrdən 
içəri kiçicik işartı belə düşmürdü. Üstəlik də xidmətçi baş mehrabdakı şamları bir-birinin 
ardınca söndürməyə başlamışdı. 
– Mənə acığın tutdu? – K. keşişdən soruşdu. – Bəlkə heç özün də hansı məhkəməyə qulluq 
etdiyini bilmirsən... 

Cavab gəlmədi! 
– Mən öz gördüklərimdən danışıram. 
Yuxarıda sakitlik idi. 
– Sənin xətrinə dəyəmək istəmirdim... – K. yenə dilləndi. Elə həmin anda yuxarıdan keşişin 
qışqırtısı eşidildi: 
– Sən iki addımdan o yanı görə bilmirsən? 
Bu qışqırtıda qəzəb vardı, ancaq həm də elə bir adamın qışqırtısı idi ki, kiminsə yıxıldığını 
görür, özü də bərk qorxduğu üçün, qeyri-ixtiyari, ucadan çığırır. 
İkisi də uzun müddət susdu. Əlbəttə, keşiş aşağıdakı qaranlıqda K.-nı yaxşı görə bilmirdi, K. 
isə balaca lampanın işığında onu aydınca seçirdi. Bəs keşiş niyə aşağı düşmürdü? Moizə 
oxumadı, yalnız K.-ya bəzi şeyləri dedi. Dedikləri də, diqqətlə baxsan, xeyirdən çox ziyan 
gətirərdi. Ancaq onu da bilirdi ki, keşişin niyətinin xoş olması şübhəsizdir, ola bilsin, o, aşağı 
düşəndən sonra razılığıa gələ bilərdilər, ola bilsin, ondan ağılabatan, həlledici məsləhət ala 
bilərdi. Məsələn, bu məsləhətdən məhkəməyə necə təsir etməyi deyil, ondan necə qaçmağı, 
ondan kənarda necə yaşamağı öyrənərdi. Belə bir imkan olmamış deyildi və K. da bu barədə 
son vaxtlar tez-tez düşünürdü. Əgər keşiş belə bir imkanın olduğunu bilirdisə, K. xahiş etsə, 
özünün məhkəmədə işləməsinə, K. məhkəməyə hücum çəkərkən mülayimliyini unudaraq 
onun üstünə qışqırmasına baxmayaraq, bəlkə də deyərdi. 
– Aşağı düşmək istəmirsən? – K. ondan soruşdu. – Moizə də oxumayacaqsan, aşağı düş... 
– İndi düşə bilərəm, – deyən keşiş bəlkə də qışqırdığına peşman olmuşdu. Lampanı çəngəldən 
çıxaranda dedi: – Əvvəlcə səninlə uzaqdan-uzağa danışmalı idim, yoxsa tez təsir altına 
düşürəm, vəzifəm yadımdan çıxır. 
K. onu pilləkənin ayağında gözləyirdi. Keşiş hələ yuxarı pillələrdə olanda, əlini K.-ya 
uzatmışdı. 
– Mənimlə söhbət etməyə bir az vaxtın olar? – K. soruşdu. 
– İstədiyindən də çox olar... – deyə keşiş balaca lampanı ona uzatdı ki, götürsün. K.-nın lap 
yaxınlığında olasa da, keşiş yenə təntənəli görünürdü.  
– Sən mənə qarşı çox mehribansan, – dedi K. Onlar kilsənin qaranlığında yanaşı gəzişirdilər. 
– Sən məhkəmə qulluqçuları arasında müstəsnasan. Orda tanıdığım adamların arasında ən çox 
sənə etibar edirəm. Səninlə açıq danışa bilərəm. 
– Səhv eləmə! 
– Axı, nədə səhv edirəm? 
– Məhkəmə məsələsində səhvə yol verirsən. Qanuna girişdə bu səhv haqqında belə yazılır: 
Qanunun qapısında keşikçi durur. Bu keşikçinin yanına kənddən bir kişi gəlir və xahiş edir ki, 

onu içəri buraxsın. Ancaq keşikçi deyir ki, indi ona içəri keçməyə icazə verə bilməz. Kişi bir 
az fikirləşir və soruşur ki, sonra keçə bilərmi. “Ola bilər,” – deyir keşikçi. – “Ancaq indi 
olmaz!” Həmişə olduğu kimi, onda da Qanunun qapısı açıq olur və keşikçi də yana çəkildiyi 
üçün kişi əyilib qapıdan içəri baxır. Keşikçi bunu görəndə gülür və deyir: “Əgər sənin üçün 
belə maraqlıdırsa, mənim yasaq etməyimə baxma, içəri gir. Ancaq yadında saxla: mən 
güclüyəm. Ancaq həm də keşikçilərin ən zəifiyəm. Hər zalın qapısında keşikçi durur, biri də o 
birindən güclü olur. Mən elə üçüncünü görəndə, qorxdum. Kənddən gələn kişi işin belə çətin 
olacağını gözləmirmiş, fikirləşirmiş ki, Qanunun qapısı hamı üçün həmişə açıq olmalıdır, 
ancaq indi diqqətlə keşikçinin qalın kürkünə, dik burnuna, seyrək, qara saqqalına baxıb qərara 
alır ki, icazə verənə qədər gözləsin. Keşikçi ona bir kətil verir ki, qapının yanında oturub 
gözləsin. Kişi günlərlə, illərlə orda oturur. Çox çalışır ki, içəri keçsin və xahiş-minnətilə 
keşikçini yorur. Keşikçi də tez-tez onu sorğu-suala tutur, hardan gəldiyini soruşur, böyük 
adamlar kimi məsələyə dəxli olmayan suallar verir və axırda da həmişəki kimi deyir ki, hələ 
buraxa bilməz. Çoxlu səfər ehtiyatı götürmüş kişi qiymətə baxmır, ələ almaq üçün hamısını 
ona verir ki, içəri buraxsın. Düzdür, keşikçi verilənin hamısını götürür və götürəndə də deyir: 
“ Ona görə götürürəm ki, fikirləşməyəsən: vay, bundan istifadə eləmədim” . Bu uzun illər 
ərzində kişi ara vermədən keşikçini müşahidə edir. Başqa keşikçiləri unudur, fikirləşir ki, onu 
Qanunun içinə buraxmayan elə birinci keşikçidir. İlk illərdə bu kor təsadüfü ucadan lənətləyir, 
sonralar qocalanda isə öz-özünə donquldanır. Lap uşaq kimi olur, illər uzunu keşikçini 
yaxından öyrənə-öyrənə, onun kürkünün yaxalığındakı birələri də tanıyır, onlardan da xahiş 
edir ki, kömək eləsinlər, keşikçini yola gətirsinlər. Axırda gözlərinin işığı zəifləyir, 
doğrudanmı qaranlığın düşdüyünü, ya da gözlərininmi onu aldatdığını bilmir. Ancaq indi 
qaranlıqda Qanunun qapısındakı sönməz parıltını görür. Artıq çox yaşaya bilmir. Ölümündən 
qabaq illər uzunu qazandığı təcrübələr beynində bir yerə yığışıb elə bir sual yaradırlar ki, kişi 
onu hələ indiyəcən keşikçiyə verməmiş olur. Qaxaca dönmüş bədənini tərpədə bilmədiyi üçün 
keşikçini əlinin işarəsi ilə yanına çağırır. Keşikçi ona tərəf çox əyilməli olur, çünki kişi 
bapbalaca olmuşdu. “İndi nəyi bilmək istəyirsən?” – deyə soruşur, – “Səni heç razı salmaq 
olmur...” Kişi deyir: “Hamı Qanuna can atır. Bəs necə olur ki, bu uzun illər ərzində heç kəs 
ora girmək istəmədi?” Keşikçi görür ki, artıq kişinin sonu çatıb, eşidə də bilmir və ona görə 
də çığıra-çığıra deyir: “ Burdan heç kəs keçə bilməzdi, çünki bu giriş yalnız sənin üçün 
qoyulmuşdu. İndi mən gedib onun qapısını bağlayaram!” 
Bu əhvalatdan çox təsirlənən K. o dəqiqə dedi: 
– Deməli, keşikçi kişini aldadıb ! 
– Tələsmə! Başqasının fikrini də yoxlamamış qəbul etmə! Mən bu əhvalatı yazıda olduğu 
kimi danışdım. Orda aldatmaq barədə heç nə yazılmayıb. 
– Aydındır! Sən əvvəlcə düz dedin. Keşikçi əsil həqiqəti onda deyib ki, daha o, kişiyə lazım 
deyildi. 
– Axı ondan əvvəlcə soruşan olmayıb. Nəzərə al ki, o, yalnız keşikçi idi və bir keşikçi kimi də 
vəzifəsini yerinə yetirib. 

:

kitablar
kitablar -> F. Q. Vahidov, T. B. Ağayev
kitablar -> Əli Kərim üslubu, yaxud
kitablar -> Bismillahir-rəhmanir-rəhim
kitablar -> Гуранда шаирляр щаггында айя
kitablar -> Ziqmund Freyd haqqında maraqlı faktlar
kitablar -> ÇƏRƏKƏ TƏRTİb edəN: Haci faiq nəBİyev
kitablar -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
kitablar -> Microsoft Word Tercumeshunasliq lugeti fin doc


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ekspertizasi-drslik---72.html

ekspertizasi-drslik---77.html

ekspertizasi-drslik---81.html

ekspertizasi-drslik---86.html

ekspertizasi-drslik---90.html